ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Qlobal Səhiyyə Mərkəzində işçi sayı Tramp administrasiyası dövründə 27 faiz azalıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, 2025-ci ilin martından 2026-cı ilin mayınadək mərkəzdə 301 əməkdaş işdən ayrılıb.

Ən böyük azalma HİV və vərəm bölməsində 32 faiz, qlobal immunizasiya bölməsində 29 faiz olub. Qlobal səhiyyənin qorunması bölməsində 19 faiz, direktor ofisində isə 22 faiz azalma qeydə alınıb.