Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin eşitmə və nitq məhdudiyyətli gəncləri ilə Naxçıvana iklüziv düşərgə təşkil olunub.

QHT.az xəbər verir ki, layihə inklüzv olduğu üçün orada İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin gəncləri də iştirak ediblər. İştirakçılarla birgə Heydər Əliyev Sarayı, Saat meydanı, Əshabi Kəhfi, Duzdağ, Xan sarayı, H.Cavidin ev muzeyi, Batabat və N saylı hərbi qərargah ziyarət edilib.
Sonra isə Bakıda məkanların birində eşitmə və nitq məhdudiyyətli gənclərin də iştirakı ilə İşarət dili üzrə təlim təşkil olunub.

Təlimdə “iştirak dilinin yaranma tarixi”, “Hər ölkənin öz işarət dili”, “Eşitmə və nitq məhdudiyyətli şəxslərlə ünsiyyət” mövzuları müzakirə edilib. Sonda İştirakçılar işarət dilində bəzi sözləri öyrənərək ünsiyyət qurmağa çalışıblar.

Bütün tədbirlər layihənin tərcüməçisi Könül Quliyeva tərəfindən işarət dilinə tərcümə edilib.