Fransanın xarici inkişaf yardımı büdcəsinin 2027-ci ildə 8 faiz azaldılaraq 3,3 milyard avroya endirilməsi planlaşdırılır. Bu, 2024-cü illə müqayisədə büdcənin təxminən yarıya enməsi deməkdir.
QHT.az xarici mediaya istinadən bildirir ki, 2026-cı ildə 3,6 milyard avro olan inkişaf yardımı büdcəsi 2027-ci ildə 3,3 milyard avroya düşə bilər.
Son illərdə də ciddi azalmalar qeydə alınıb. İnkişaf yardımı 2024-cü ildə 12,5 faiz, 2025-ci ildə 37 faiz, 2026-cı ildə isə 18 faiz azaldılıb.












