Bu gün Lvovun Şevçenkovski rayon məhkəməsində Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelkonun işi üzrə məhkəmə iclası keçirilib. İclasda hakim Belinskaya UAF prezidentinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorun vəsatətini təmin edib .

QHT.az xəbər verir ki, Pavelkoya iyulun 10-dək Kiyev və Ukrayna hüdudlarından kənara gediş-gəliş qadağası əvəzinə, indi o, 60 gün müddətinə - bu ilin avqustun 14-nə kimi istintaq təcridxanasına göndəriləcək.

 

Pərvanə Fərhadqızı