O, sabah finalda Sofi Ritterlə qarşılaşacaq

 

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı (12-18 iyun) keçirilir.
Qadın güləşi üzrə yeniyetmələrdən ibarət millimizin üzvü Ruzanna Məmmədova (57 kq) yarışlara qatıldığı ilk gündən uğurlu nəticələrə imza atıb.
Ruzanna Məmmədova 1/8 finalda ispaniyalı Rosa Rodrigesə, 1/4 finalda türkiyəli Aslı Köleyə "tuş"la qalib gələrək növbəti mərhələyə yüksəlib.
Polşalı Suzanna Horbikə 5:1 hesabıyla qalib gələn Ruzanna ikinci dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. O, sabah finalda Sofi Ritterlə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, Masallı rayonundan olan 17 yaşlı idmançımız Ruzanna Səxavət qızı Məmmədova ötən il sərbəst güləş idman növü üzrə Roma və Buxarest şəhərlərində keçirilən dünya və Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq dünya və Avropa çempionu adına layiq görülüb.

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.