Finalın bir addımlığında

 

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının XXIV ölkə birinciliyi çərçivəsində Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu yeni mövsümdə ilkin mərhələnin bütün tur oyunlarını (6 oyun, 6 qələbə) qələbə ilə başa vurduqdan sonra komanda pley-of mərhələsinə vəsiqə qazanıb.
İyunun 17-də səfərdə - Bakı şəhərindəki “ASK Arena” stadionunda yerli “Topşular” futbol klubu ilə qarşılaşan “Ərkivan” (Masallı) FK 1/4 final görüşündən qalib ayrılıb. 
Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsi 1:1 hesabı ilə yekunlaşsa da Masallı təmsilçiləri fasilədən sonra üstünlüyü ələ almağı bacarıblar. 
Rəqib komanda üzərində 2:1 hesablı qələbə çalan masallılar növbəti 
1/2 final mərhələsinə vəsiqəni təmin ediblər. Futbolçulardan Kənan Aslanov və Rəhman Murtuzayev fərqləniblər.

 

Akif AĞAYEV,                        
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü