COJEP International Avrasia Koordinatörlugu,COJEP Network üzvü olan Azərbaycan Qeyri-Hökumət Təşkilatları arasında "Könülden Könüle Türkiye Görüş layihəsi" üzrə müsabiqə başa çatıb.
Bu barədə COJEP International Avroasia ölkələri üzrə koordinatoru, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova QHT.az saytına açıqlamasında bildirib.
Nüşabə Məmmədova qeyd edib ki, görə müsabiqəyə 22 QHT tərəfindən müraciətlər layihələri təqdim edilib.
Qiymətləndirmənin nəticələrinə görə 5 sahə üzrə qalib olan aşağıdakı QHT sədrləri Türkiyədə əməkdaşlıq görüşlərində iştirak edəcək.
1. Həmkarlar ittifaqı fəaliyyəti üzrə (Türkiyənin ən böyük birlikləri HAK-İŞ ve Memur-Sen birliklərini bir araya gelecek).
Qalib:
Rauf Zeyni, Azərbaycan Milli QHT Forumunun Prezidenti
2. Qadın problemləri üzrə Türkiyənin nüfuzlu qadın qolları ilə bir araya gəlməsi təmin ediləcək.
Qalib:
Səkinə Babayeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri
3. İş adamları və sahibkarlıq fəaliyyəti üzrə (Türkiyənin güclü iş adamları dərnəyi MÜSİAD KOSGEB, Kənd Təsərrüfatı və TOBB kimi təşkilatların nümayəndələri ilə bir araya gələcək).
Qalib:
Mirata Ağayev İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin sədri
4. Media üzrə (TRT, AA və s. Media və tərəfdaşlıq imkanları yaradılacaq).
Qalib:
Fuad Abbasov”Misra” informasiya mübadiləsi və təşəbbüsləri İB-nin sədri
5 Universitetlər arasında əməkdaşlıq və tərəfdaşlıqları artırmaq üzrə (Ankarada Yıldırım Beyazıt və Hacı Bayram Vəli universitetləri ilə bir araya gələcək).
Qalib:
Vüqar Əhmədov, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri












