Bir neçə gün sonra dünyada və ölkəmizdə 8 mart Qadınlar Günü qeyd ediləcək.

 

Bu dəfəki bayram ərəfəsində Ədliyyə Nazirliyi bir nümunəvi təşəbbüslə çıxış edib və nazirliyin xanım əməkdaşları adından Qarabağda əkilməsi üçün min ağac ianə edilib.

 

Bununla bağlı Qarabağ Dirçəliş Fondu Ədliyyə Nazirliyinə İanə sertifikatı təqdim edib. 

 

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu, “Opalus Partners Group” və “Geopro” şirkətlərinin birgə təşkilatçılığı ilə martın 1-də “Korporativ ianəçilik mədəniyyətinin təşviqi” mövzusunda keçirilən tədbirdə Ədliyyə Nazirliyi belə bir təşəbbüs irəli sürmüşdü. Tədbir çərçivəsində Rəhman Hacıyev tərəfindən Fondun donorlarına “İanə Sertifikatı”, Ədliyyə Nazirliyinə isə "Qızıl İanə Sertifikatı" təqdim olunmuşdu.