Türkiyə - Azərbaycan QHT-lərinin Vahid Platforması təsis olunacaq.

QHT.az xəbər verir ki, bu fikirləri  AXC TV-yə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Toğrul Məmmədli bildirib. 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Türkiyədən 15 nəfərlik nümayəndə heyətinin may ayında baş tutacaq səfəri çərçivəsində birgə forumun və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

QHT.AZ-ın əldə etdiyi məlumata görə, Şuşada baş tutacaq törəndə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun da iştirakı da nəzərdə tutulur.