Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Ictimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova öz sosial şəbəkə hesabında bir qrup QHT sədrinə təşəkkür edib.
QHT.az həmin paylaşımı təqdim edir.
“Yetkinlik yaşına çatmayan və qadın məhkumlara sosial-psixoloji dəstəyin göstərilməsi, hüquqi maarifləndirmə, hüquqi yardımın və asudə vaxtlarının təşkili məhkumların reabilitasiyasını və onların gələcəkdə cəmiyyətə reinteqrasiyasını asanlaşdırır, həyatlarında müsbət dönüş yaradır.
Bu sahədə Ədliyyə Nazirliyi yanında İctimai Şuranın və digər vətəndaş cəmiyyəti üzvlərinin penitensiar müəssisələrin fəaliyyətinin səmərəli təşkilində, məhkumlar üçün kitabxana fondunun zənginləşdirilməsi, yeni müəssisələrdə yaradılmış özfəaliyyət dərnəyinin musiqi alətləri ilə təmin olunması və digər sahələrdə misilsiz əməyi var.
İnsanın başqalarına sevinc, nikbinlik, ən çətin məqamlarında ümid bəxş etməsi ən gözəl xüsusiyyətlərdəndir.
Bu səbəbdən başda Səadət Bənanyarlı olmaqla İctimai Şuramızın dəyərli üzvlərinə, Novella Cəfarovaya, Səidə Qocamanlıya, Cəsarət Hüseynzadəyə, Kamala Aşumovaya dərin təşəkkürümü bildirirəm.
P.S. Elşən Eynullayev sənə də xüsusi təşəkkür düşür!”












