Bu gün 27 Sentyabr Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğul və qızlarımızı anmaq üçün bir daha birləşdiyimiz gündür.
Bununla bağlı QHT.az- açıqlama verən "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib ki, Vətən torpağını qorumaq üçün həyatını fəda edən hər bir şəhidimiz bizim qürur mənbəyimizdir:
"Bir şəhid anası kimi, həm də Vətən Naminə Şəhid Ailələrinə Dəstək İctimai Birliyi sədri olaraq qeyd etmək istəyirəm ki, onların xatirəsi daim yaşayacaq, igidlikləri gələcək nəsillərə örnək olacaq. Bu müqəddəs yolda canından keçən hər kəsin ailələrinə dəstəyimiz, hörmətimiz və sevgimiz əbədidir. 27 Sentyabr həm də bir and, həm də bir dərsdir: vətənimizin azadlığı, suverenliyi və birliyi hər şeydən üstündür. Gəlin, şəhidlərimizin ruhuna hörmətlə yanaşaq, onların ailələrinə dayaq olaq və Vətən uğrunda onların göstərdiyi qəhrəmanlıq nümunəsini yaşadaq.
Şəhidlərimizi dərin ehtiram hissi ilə yad edir, bütün şəhid ailələrinə səbir və dözüm diləyirəm. Vətən sağ olsun!"






