Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyəti 27 Sentyabr – Anım Günündə şəhidlərin xatirəsini yad edib.
27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü münasibətilə Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvləri II Fəxri Xiyabanı ziyarət ediblər. İdarə Heyəti üzvləri Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edərək, məzarları önünə qərənfillər düzüblər.
Ictimai Birlik rəhbərliyi qeyd edib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulacaq, onların ailələrinə və yaxınlarına dəstək olmaq isə həm dövlətin, həm də vətəndaş cəmiyyətinin mənəvi borcudur.
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti, gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, milli-mənəvi dəyərlərin qorunmasının və şəhidlərin xatirəsinin daim yaşadılmasının öz fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha bəyan edib






