UNEC-in rektoru Ədalət Muradov sosial şəbəkədə təhsilin real sektorla əlaqəsi barədə maraqlı fikir paylaşıb.
QHT.az xəbər verir ki, o bildirib ki, bu gün təhsil sistemi real sektorun inkişaf səviyyəsinə uyğun deyil və əmək bazarının tələblərinə cavab verməkdə çətinlik çəkir.
"Reallıq bu gün ondan ibarətdir ki, təhsil real sektordan geri qalır. Başqa sözlə, təhsil real sektoru müəyyən etmir, onun arxasınca gedir", – deyə Ədalət Muradov qeyd edib.
Rektorun sözlərinə görə, universitetlərin əsas vəzifəsi əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamaq olmalıdır. Əks halda təhsil sistemində konservasiyalaşma baş verir və bu da ölkənin inkişafına mane olur.
Pərvanə Fərhadqızı












