Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti Səyavuş Məmmədağa oğlu Aslan 1935-ci ilin bu günü Saray kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri olub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir.[2] 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur. Xarici film istehsalçılarının “İlin dörd fəsli” (1976, rejissor Hacı Əhmər / Özbəkistan) filmində, “Səhnədə Lürixdir” (1983, rejissor Valentin Kuyk / Estoniya) filmində Mustafanı müşaiyət edən rolunda çəkilib.
Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
Pərvanə Fərhadqızı












