Agentliyin pilot seçilmiş filial əməkdaşları üçün təşkil edilən “Elektron keys menecment” təlimi  SXA Aparatının əməkdaşları tərəfindən aparılıb.

3 günlük təlim prosesində filialların inzibati əməkdaşları vətəndaşlara göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması üçün elektronlaşdırılmaya keçid, elektron keys menecment xidmətlərinin təşkili, koordinasiyası və monitorinqi haqqında məlumatlandırılıblar.

Təlimin məqsədi sosial xidmətlərin çevik və müasir iş prinsipləri əsasında idarə olunması mexanizminin formalaşdırılması, xidmətlərin operativliyini, keyfiyyət və əlçatanlığını daha da artırılması üçün elektron keys menecment sisteminin tətbiqi və öyrənilməsidir.

Elektron keys menecment sisteminə daxil olan məlumatlar vahid sistemdə Nazirlik və Agentlik tərəfindən daimi müşahidə olunacaq. Bununla da qeyd olunan nəzarət sistemi sosial xidmətlərin çevik və məqsədyönlü idarə olunması, yarana biləcək problemlərin daha obyektiv və operativ araşdırılması və həlli imkanı qazandırır.