USAİD-in maliyyə, FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Consulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi regionlarda “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasının monitorinqi və təşviq edilməsi məqsədilə ictimai vəkillik kompaniyasının aparılması” adlı layıhə çərçivəsində Şirvan şəhəri, Sabirabad və Saatlı rayonlarında əhali arasında rəy sorğuları keçirilmışdir.
Sorğuya 100 nəfər vətəndaş cəlb edilmişdir. Onlardan 38 nəfəri qadın, 62 nəfəri isə kişi olmuşdur. Respiyentlər “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanunu, İctimai Şuralar və onların fəaliyyəti barədə sualları cavablandırmışlar.
Sorğuların nəticələri müəyyənləşdirildikdən sonra ictimaiyyətə çatdırılacaqdır.












