“Sosial Dayaq”  İctimai Birliyinin  Azərbaycan  Respublikasının     Qeyri- Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi Agentliyinin   maliyyə  dəstəyi  ilə  Siyəzən rayonunda  həyata keçirdiyi  “Müxtəlif əlilliyi olan uşaqlar üçün sosial reabiltasiyanın  təşkili” layihəsi    davam edir. 

Bu barədə təşkilatın sədri Qərənfil  Niftəliyeva məlumat verərək qeyd edib ki, layihədə  əlilliyi olan uşaqlara   qrup halında da təlimlər keçirilir. “Belə təlimlər uşaqların   hərtərəfli inkişafına,  inteqrasiyasına  öz müsbət təsirini  göstərir. 


Uşaqlar  birlikdə   inkişafetdirici vəsaitlərdən   istifadə  edərək  müxtəlif  fiqurlar hazırlayır,  müxtəlf  oyunlar  oynayırlar.  Qrup halında təlimlər  uşaqların ünsiyyət qurmalarına, bir uşağın başqasından öyrənməsinə, birlikdə çalışmalarına,  düşünmə,  davranma bacarıqlarının inkişafına səbəb olur.  Layihədə əlilliyi olan uşaqların valideyinləri yaxından iştirak edirlər. Onlar    evdə  uşaqlarının  maraqlarına uyğun  məşğulluq uçun ımkanların yaradılması, uşaqlarla  unsiyyət qurulması   barədə  məlumatlandırılırlar.”