Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Siyəzən rayonunda “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini icara etmişdir.

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 03 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Siyəzən  rayonunda  icra etmişdir.

Layihədə Siyəzən rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Ayaz Quliyev və Kiçik və Orta Biznnesin İnkişafı Agentliyinin nümayəndəsi Rahil Qurbanov iştirak etmişdir.

Layihə rəhbəri Sənan Yəhya iştirakçıları salamlayaraq layihənin donoru və layihənin məqsədləri (Layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək,  investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətləri müzakirə edilməsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsindən ibarətdir. 

Vəzifələri isə regionda sahibkarlarla görüşərək, sorğu metodu ilə qiymətləndirmələrin aparılması  haqqında sahibkarlara geniş məlumat verdi.

Sonra söz Siyəzən rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Ayaz Quliyevə verildi. 

 Ayaz Quliyev rayonda sahibkarlığın inkişafı istiqamətində Cənab prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin  Siyəzən rayonunda həyata keçirilməsi ilə bağlı geniş məruzə etdi və rayonda  gələcək fəaliyyətlər, sahibkarlarla görüşlərin təşkili haqqında məlumat verdi. 

Layihə rəhbəri Sənan Yəhya, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyəti haqqında məlumat üçün sözü Rahil Qurbanova verdi.

Rahil Qurbanov Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaranma tarixi və həyata  keçirtdiyi fəaliyyətlər haqqında geniş məlumat verdi. Kiçik və Orta Biznesin İnkişfı Agentliyinin  fəaliyyəti ilə tanış olan sahibkarlar layihə rəhbəri Sənan Yəhyaya və Rahil Qurbanova güzəştli biznes kreditərinin və avadanlıqlarının alınmasına köməklik göstərilməsi üçün müraciətlər etdilər.

 Sahibkarlara kömək məqsədi ilə əməkdaşlığın davam etdiriləcəyi məqsədəuyğun görüldü.

Layihənin davamlılığı üçün sahibkarlarla dövlət və qeyri-dövlət təşkilatlarının qarşılıqlı fəaliyyət göstərməsinin əhəmiyyəti qeyd edildi. Növbəti sahibkarlarla görüş Şabran rayonunda icra  ediləcək.