Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin aprel ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb.

QHT. az  bildirir ki, bu barədə Axar.az-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, оnların 22 nəfəri Azərbaycan Rеspublikası, 10 Nepal, 1 İİR, 1 Pakistan, 2 Tacikistan və 5 Şri-Lanka vətəndaşları оlmuşlar.

Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 20 nəfər saxta tarix möhürləri və saxtalaşdırılmış pasportla, habelə 1 halda 1 nəfər isə gizli şəkildə buraxılış məntəqəsindən kənardan dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılmışlar.