“Furqanoğlu-Dəmir Yumruq” komandasının tərkibində “Texnofest-2023” festivalında iştirak edən eyniadlı şirkətin direktoru Araz Musayev “Baykar” şirkətinin rəhbərləri Səlcuq Bayraqdar və Haluk Bayraqdarla görüşüb.
QHT. az Axar.az -a istinadən xəbər verir ki, Araz Musayev görüş zamanı komandanın festivaldakı stendləri haqqında məlumat verib.
Bildirilib ki, şirkətin əməldaşları və tərəfdaşları tərəfindən hazırlanan dron, görmə əngəllilər üçün “Şeir oxuma” tablosu və “Zəka oyunları” kitabı stenddə sərgilənir.












