ABŞ mayın 12-dən etibarən ABŞ-a gələn əcnəbilər üçün məcburi COVID-19 peyvəndi tələbini qaldırır. QHT az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

Xatırladaq ki, beynəlxalq reyslərlə gələnlər üçün məcburi peyvənd tələbi 2021-ci ilin noyabrından qüvvədədir.

 Bundan əvvəl, aprelin 11-də ABŞ prezidenti Co Bayden 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyəti ləğv edib.

 Mart ayında The Washington Post, ABŞ administrasiyasının "Amerika xəstəxanalarında və seçicilərin şüurunda" pandemiyanın azalması səbəbindən may ayında 30 nəfərlik koronavirus cavab qrupunu ləğv etmək niyyətində olduğunu yazmışdı.