Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Ruslan Tağıyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 4-də Laçının Xanalılar kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, o, 1982-ci il iyunun 12-də İsmayıllı şəhərində anadan olub. 38 illik ömrünün 21 ilini Vətənə xidmət edən Ruslan Tağıyev 2019-cu ildə Çinin Pekin şəhərində ölkəmizi təmsil edib və hərbi biliklərini artırmaq məqsədilə təhsilini davam etdirib.
Ruslan Tağıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı












