Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin sənədində Ermənistan başqa xalqların mədəni irsinə qaşı sayğısızlıq göstərən ölkə kimi göstərilmişdir
Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsi 25 sentyabr-13 Oktyabr tarixlərində keçirdiyi 74-cü sessiyada bir neçə dövlətlə yanaşı Ermənistan Respublikasının BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Paktın icra vəziyyəti ilə bağlı 4-cü dövrü hesabatı da dinlənilmişdir.
Ermənistanın Paktla bağlı dövrü hesabatına iki alternativ hesabat təqdim etmiş Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (partnyor QHT olan İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyi ilə koalisiya olaraq) icraiyyə komitəsinin sədri Sahib Məmmədov QHT.az saytına bildirmişdir ki, Komitə artıq yekun müşahidələrə dair sənədini açıqlayıb. Sənəddə Ermənistana bildirilən irad və verilən tövsiyələr içərisində VƏHML tərəfindən təqdim olunmuş alternativ hesabatlarda əks olunan pozuntular, o cümlədən Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması ilə bağlı irad və tövsiyə də əks olunmuşdur.
Yekun müşahidələrdə əks olunan iradlarda kompromis olaraq (Ermənistan tərəfi israrla sənədə Azərbaycan və Türkiyənin etnik təmizləmə aparan dövlətlər kimi daxil etmək istəyirdi) etnik “azlıqlara məxsus” ifadəsi kimi işlənmişdir. Lakin sessiyanın gedişində Ermənistan nümayəndə heyətinə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının alternativ hesabatlarına və brifinq zamanı verdiyi bəyana daxil edilmiş sualların hamısı Komitənin Ermənistanın hesabatı üzrə həmməruzəçisi, Komitə üzvü Santiago Manuel Fiorio Vaesken tərəfindən sessiyanın gedişində Ermənistan rəsmi nümayəndə heyətinə ünvanlanmışdı. Həmçinin həmməruzəçi “Qafqaz İnsan Hüquqlarının monitorinqi mərkəzi (Gürcüstan)” tərəfindən ermənilər tərəfindən məhv edilən gürcü mədəni irsi ilə bağlı hesabata da istinad edərək sual ünvanlamışdı.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının alternativ hesabatına və bəyanatına daxil edilən suallar aşağıdakılar olmuşdur:
- Ermənistan dövləti başqa xalqlara, əsasən də Azərbaycan xalqına aid olan mədəni irsin mühafizəsi üçün hər hansı tədbirlər görübmü?
- Ermənistan ərazisində Azərbaycan xalqına məxsus olan hər hansı mədəni və ya dini obyekt qalıbmı? Qalıbsa onların mühafizəsi necə təmin olunub?
- Ermənistanın dövləti 30 il ərzində nəzarətə saxladığı Azərbaycan ərazilərində mövcud olan qəbristanlıqlarda qazıntı işləri aparan və ölmüş insanların qızıl dişləri çıxarmaq üçün qızılaxtaran dəstələr barədə məlumatlı idilərmi? Məlumat var idisə belə insanlara qarşı hansı tədbirlər görülüb?
- Hazırda Ermənistan ərazisində Azərbaycan mənşəli coğrafi adları, toponimləri, şəhər, kənd və qəsəbə adları vardırmı?
Beləliklə BMT-nin rəsmi sənədlərində Ermənistan Paktın 15-ci maddəsini pozan bir ölkə olması və başqa xalqla məxsus mədəni irsə qəsd edən dövlət olması öz əksini tapmışdır.
Həmin sənədlə BMT insan Hüquqları üzrə Ali Komissar ofisinin rəsmi veb səhifəsində tanış olmaq mümkündür.












