“ƏSGƏRƏ MƏKTUB”
Masallıda “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib.
Kütləvi-vətənpərvərlik tədbiri Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Masallı rayon təhsil sektorunun dəstəyilə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına Masallı şəhər 3 nömrəli tam orta məktəbində gerçəkləşib.
Tədbir iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə ünvanladıqları məktublarda onlara ürək sözlərini, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə sonsuz minnətdarlıqlarını bildiriblər.
Layihə çərçivəsində əsgər ataları, müəllimlər, valideynlər və şagirdlər tərəfindən yazılan məktublar işğaldan azad edilən torpaqlarda xidmət edən əsgərlərə çatdırılacaq.
Tədbirin keçirilməsində məqsəd xalq-ordu birliyinin nümayiş etdirilməsi, şagirdlərin milli və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsidir.
Akif AĞAYEV












