Azərbaycan Silahlı Qüvvələrinin giziri olan olan Azad Yolçuyev 44 günlük Vətən müharibəsi zamanı Murovdağ və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabrın 4-də Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 1985-ci il aprelin 11-də Ağstafa rayonunun Kolayır kəndində anadan olub. Uşaqlıqdan idmana və hərbə böyük maraq göstərən qəhrəmanımız hərbi xidmətdən sonra təhsilini artırıb və gizir kimi xidmətini davam etdirib.

Azad Yolçuyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı