Tədbirdən əvvəl Azərbaycan Dövlət İqtisad Universiteti Şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlər Kompleksini ziyarət olunub, Zəfər Günü münasibətilə UNEC tələbələrinin hazırladıqları əl işlərinə baxılıb.
QHT.az xəbər verir ki, bu barədə Universitetin rektoru Ədalət Muradov məlumat verib. Rektor qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş Şəhidlərimizi ehtiramla andıq: “Azərbaycan tarixinin ən böyük zəfərini təmin etmiş Ali Baş Komandan İlham Əliyevə bir daha təşəkkürümüzü ifadə etdik. Rəşadətli Azərbaycan Ordusunun zabit və əsgərlərilə qürur duyduğumuzu səsləndirdik. UNEC 48 Şəhidi də daxil olmaqla heç bir Şəhidi unutmur və unutdurmur. UNEC hazırda 11 qazisi, 92 Vətən Müharibəsi iştirakçısı ilə birlikdə sabaha inamla baxır”.
Qeyd edək ki, tədbirdə Heydər Əliyev adına Hərbi İnstitutun Orkestrinin və UNEC Yaradıcılıq Mərkəzinin möhtəşəm ifaları hamını valeh edib.
Pərvanə Fərhadqızı












