Beynəlxalq humanitar təşkilat Save the Children Sudanda davam edən silahlı qarşıdurmaların uşaqların həyatını ciddi təhlükə altına qoyduğunu bildirərək beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.

QHT.az xarici mediaya istinafən bildirir ki, təşkilatın açıqlamasına görə, ölkədə milyonlarla uşaq ərzaq çatışmazlığı, qida çatışmazlığı və səhiyyə xidmətlərinə məhdud çıxış səbəbindən ağır humanitar vəziyyətlə üzləşib. Davam edən münaqişə nəticəsində çox sayda ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Save the Children donor ölkələri və beynəlxalq təşkilatları humanitar yardımın maliyyələşdirilməsini artırmağa, ərzaq, təmiz içməli su və tibbi xidmətlərin ehtiyacı olan insanlara vaxtında çatdırılmasına dəstək verməyə çağırıb.

Təşkilat bildirib ki, təcili tədbirlər görülməyəcəyi təqdirdə Sudanda uşaqlar arasında aclıq və xəstəliklərin daha da genişlənməsi riski artır.