QHT.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və Çin arasında humanoid robot texnologiyaları uğrunda rəqabət yeni mərhələyə qədəm qoyub. Çin istehsal həcminə görə bazarda liderliyini qorusa da, ABŞ süni intellekt proqram təminatı sahəsində üstünlüyünü artırmağa çalışır.
Məlumata görə, ABŞ hökuməti milli təhlükəsizlik səbəbilə yeni nəsil Çin istehsalı humanoid robotların idxalına məhdudiyyətlər tətbiq edib. Bu addım yerli istehsalçıların inkişafını sürətləndirmək məqsədi daşıyır.
Analitiklərin proqnozuna əsasən, Çində humanoid robot istehsalı 2030-cu ilədək yüz minlərlə ədədə çata bilər. Bu robotların sənaye, logistika, təhlükəsizlik və yaşlılara qulluq kimi sahələrdə geniş istifadə olunacağı gözlənilir.






