Alimlər müasir insanların DNT-sində indiyədək məlum olmayan iki qədim insan nəslinin genetik izlərini aşkarlayıblar.

QHT.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Tədqiqatçılar bildiriblər ki, bu qədim insan qrupları on minlərlə il əvvəl Homo sapiens ilə qarışıb və onların genetik izləri bu gün də insanların DNT-sində qalmaqdadır. Mütəxəssislərin fikrincə, bu kəşf insanın təkamül tarixinin indiyədək düşünüldüyündən daha mürəkkəb olduğunu göstərir.

Alimlər hesab edirlər ki, yeni araşdırma gələcəkdə insan mənşəyi və qədim əcdadlarımız haqqında daha mühüm faktların üzə çıxarılmasına kömək edəcək.