"Sağlamlığa Xidmət" İctimai Birliyi, "Azərbaycanda vərəmdən əziyyət çəkən insanların səlahiyyətlərini artırmaq və dəstəkləmək üçün icma tərəfindən idarə olunan monitorinq sisteminin gücləndirilməsi" layihəsi çərçivəsində Oneimpact mobil tətbiqinin icrasına başlayıb. Bu tətbiq, vərəmdən təsirlənən insanlar üçün Stop TB Partnership tərəfindən yaradılıb və "Sağlamlığa Xidmət" İctimai Birliyi tərəfindən Azərbaycan kontekstinə uyğunlaşdırılıb.

QHT.az xəbər verir ki, 17 oktyabr tarixində Quba rayon Mərkəzi Xəstəxanasında (MX PHŞ) vərəmdən təsirlənən insanlar və tibb işçiləri üçün təşkil olunmuş tədbirdə, təlimçilər Elçin Muxtarlı və Samirə Muxtarova Oneimpact mobil tətbiqi barədə iştirakçılara ətraflı məlumat vermişlər. Tətbiq, iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirdə 26 nəfər Oneimpact mobil tətbiqi barədə məlumatlandırılıb və qeydiyyatdan keçərək sorğuda iştirak ediblər.

Tədbirin təşkil olunmasında dəstək göstərən TƏBİB-in rəhbərliyinə və əməkdaşlarına, eləcə də Quba Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.

Oneimpact mobil tətbiqi haqqında ətraflı məlumat:

  • Tətbiqi Play Market və ya App Store-dan yükləyərək qeydiyyatdan keçə bilərsiniz.
  • Hüquqlarınızı bilin bölməsində hüquqlarınız haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
  • Məlumat əldə edin bölməsində ekspertlərdən və vərəmdən təsirlənən insanlardan maraqlı informasiyalara sahib ola bilərsiniz.
  • Müəssisəni tapın bölməsi ilə ətrafınızdakı kömək edə biləcək tibb müəssisələrini asanlıqla tapa bilərsiniz.
  • Qoşulun bölməsi sizə dəstək qrupları və forumlar vasitəsilə digər istifadəçilərlə ünsiyyət qura bilmək imkanı təqdim edir.
  • Vərəmlə bağlı qarşılaşdığınız problemlər barədə dəstək komandasına sorğu göndərə bilərsiniz; bu zaman probleminizin həlli üçün sizə dəstək göstəriləcəkdir.

Oneimpact Azərbaycan - vərəmdən sağalanadək sizin sadiq dostunuz!