Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, QHT.az-a verdiyi özəl açıqlamada Füzuli Beynəlxalq Hava Limanının açılmasının Qarabağ iqtisadi rayonu və ümumilikdə region üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, bu layihənin həm yükdaşımaların təminatında, həm də Qarabağın bərpası prosesində mühüm rol oynayacağını bildirib.

QHT sədri açıqlamasında deyib: "Biz bilmirik, Qarabağ iqtisadi rayonunda hansı iqtisadi platforma seçiləcək – bəlkə də aqrar, turizm, istehsal və ya sənaye yönümlü bir region kimi inkişaf etdiriləcək. Bunların hər birinə uyğun spesifik yükdaşıma təminatları olacaqdır, və bu baxımdan hava limanının varlığı olduqca vacibdir."

Sərnişin daşınma mexanizminin qurulmasının əhəmiyyətindən də danışan İlqar Hüseynli, Füzuli Beynəlxalq Hava Limanının turistlərin Qarabağ bölgəsinə gəlməsini asanlaşdıracağını və yerli sakinlərin səfərlərinin təşkilinə dəstək verəcəyini vurğulayıb. O əlavə edib ki, bu hava limanı ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verə bilər.

 

Pərvanə Fərhadqızı

QHT.az