Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a verdiyi özəl açıqlamada işğaldan azad olunan ərazilərdə məşğulluqla bağlı həyata keçirilən sosial tədbirlərin önəmini vurğulayıb. Professor Məmmədov qeyd edib ki, bu bölgələrdə aktiv məşğulluq siyasətinin həyata keçirilməsi və güzəştli şərtlərlə biznes mühitinin inkişafı üçün müvafiq şərait formalaşdırılıb.

O, sosial dəstək mexanizmlərinin qabaqlayıcı şəkildə tətbiq olunduğunu və bunun da əhalinin qayıdışı üçün vacib bir addım olduğunu bildirib. Bu tədbirlər sayəsində bölgələrdə sosial və iqtisadi inkişaf üçün lazım olan şəraitin yaradıldığı vurğulanıb.

 

Pərvanə Fərhadqızı