"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ...

 

Masallı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına start verilib.
On gün davam edəcək aksiya çərçivəsində rayon ərazisində 12 min ağac əkiləcək.
Növbəti ağacəkmə aksiyası oktyabrın 18-də Ələt-Astara magistral avtomobil yolunun Masallı rayon ərazisindən keçən hissəsində, mühafizə zolağının yaxınlığında təşkil edilib. Torpaq-iqlim şəraitinə uyğun iki mindən çox ağac əkilib, tinglərə aqro-texniki qulluq göstərilib.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, idarə, müəssisə, təşkilatların əməkdaşları, ASAN könüllüləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, rayon ərazisində ağacəkmə aksiyası cari ilin sonunadək davam etdiriləcək.

 

Akif AĞAYEV