Cenevrədə keçirilən Sülh Həftəsi çərçivəsində COP29 Sədrliyi, Interpeace təşkilatı ilə birgə sülh quruculuğu icması ilə məsləhətləşmələr keçirib. Məsləhətləşmələrin məqsədi Sülh, Yardım və Bərpa Gününə hazırlıq üçün konkret tövsiyələri müzakirə etmək olub.

QHT.az xəbər verir ki, toplantıda, sülhün bərqərar olması üçün atılmalı olan addımlar, yardım və bərpa fəaliyyətlərinin effektivliyinin artırılması yolları müzakirə edildi. İştirakçılar, sülh quruculuğu prosesinin əhəmiyyətini vurğulayaraq, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

COP29 Sədrliyi, bu cür müzakirələrin sülhün təmin olunmasında və münaqişələrin həllində müstəsna rol oynadığını, eyni zamanda gələcək layihələrin daha da effektiv olmasına zəmin yaradacağını bildirir.