Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada, Füzuli sakinlərinin doğma yurdlarına qayıdışı və bu istiqamətdə həyata keçirilən iri sosial-iqtisadi layihələrin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Füzuli hava limanının tikintisi bu prosesə böyük təkan verib və şəhərin regional logistika mərkəzinə çevrilməsi üçün mühüm rol oynayacaq: "Füzuli hava limanı bölgənin sosial və iqtisadi inkişafına təsir göstərməli, eyni zamanda, Füzuli şəhəri Qarabağın logistik mərkəzinə çevrilməlidir."

Professor Məmmədov əlavə edib ki, Füzulidən uzaqda yaşayan sakinlər üçün bu ərazilərə qayıtmaq üçün geniş imkanlar yaradılır: "Yeni infrastruktur və iş yerləri sakinlərin qayıdışını asanlaşdıracaq və dövlət bunun üçün lazımi tədbirləri həyata keçirməkdədir".

 

Pərvanə Fərhadqızı