Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx)” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi və məişət zorakılığına qarşı mübarizədə təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsidir.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, layihə çərçivəsində əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi və məişət zorakılığına qarşı mübarizə məqsədilə təbliğat və maarifləndirmə kampaniyası çərçivəsində 4 məqalənin mətbuatda yayımlaması və 2 maarifləndirici videoçarxın hazırlanması nəzərdə tutulub.
Təşkilat sədri bildirib ki, təbliğat və maarifləndirmə işlərinin əsas aparıcı qüvvəsi QHT-nin və medianın olduğunu nəzərə alaraq, bu sahədə çalışan nümayəndələrin bir araya gələrək müzakirə aparması, təcrübələrini paylaşması olduqca mühüm önəm daşıyır. Bu məqsədlə eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarını artırmaqla bu sahədə düzgün iş aparılması, eyni zamanda, təbliğat və maarifləndirmənin inkişaf etməsinə yardım etmək üçün “Məişət zorakılığı ilə mübarizədə Vətəndaş Cəmiyyəti Təşkilatlarının bilik və bacarıqlarının artırılması” mövzusunda təlimin keçirilməsi də planlaşdırlıb












