Bu gün Bakıda “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin mərhum sədri Telman Dadaşovun həyat və fəaliyyətinə həsr olunmuş “Örnək ömrün hekayəsi” kitabının təqdimat mərasimi keçirilib.

 

QHT.az xəbər verir ki, Əntiqə Rəşidin müəllifi olduğu kitabın təqdimatında QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri, dostları və yaxınları iştirak ediblər.

 

Azərbaycan Milli QHT Forumunun konfrans zalında  təşkil olunan tədbirdə Telman Dadaşovun həyat yolu, ictimai fəaliyyəti və onunla bağlı xatirələr bölüşülüb.

Çıxış edənlər Telman Dadaşovun vətəndaş cəmiyyətindəki fəaliyyətindən, insani keyfiyyətlərindən, həmkarları və dostları arasında qazandığı hörmətdən bəhs ediblər. Onun əziz xatirəsi ehtiramla yad olunub, həyat və fəaliyyətinin gələcək nəsillərə tanıdılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə qeyd olunub ki, “Örnək ömrün hekayəsi” kitabı Telman Dadaşovun həyat yolunu və ictimai fəaliyyətini əks etdirməklə yanaşı, onun xatirəsinin yaşadılmasına xidmət edir.

Mərhumun ailəsi adından Şərqiyyə Dadaşova təqdimat mərasimində iştirak edənlərə təşəkkürünü bildirib. O, Telman Dadaşov haqqında səsləndirilən xoş sözlərin, bölüşülən xatirələrin və göstərilən mənəvi dəstəyin ailələri üçün böyük təsəlli olduğunu qeyd edib.

Təqdimat mərasimi iştirakçıların Telman Dadaşovla bağlı xatirələrini bölüşməsi və onun ictimai fəaliyyətinin bir daha yada salınması ilə yadda qalıb.