2026-cı il oktyabrın 15-də QHT Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib.
 

Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səslənib.
Agentliyin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı iştirakçıları salamlayaraq bildirib ki, proqramda 100-ə yaxın QHT-dən təmsilçilər iştirak edir. Təlimlər zamanı iştirakçıların layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, sosial media ilə iş, mühasibatlıq və digər mühüm mövzularda bilik və bacarıqları artırılacaq.
Təlimçilər Anar Vəliyev və Orxan Nadirov iştriakçılara salamlayaraq, təlimin gedişatına uğurlar arzulayıblar.
 

Təlimin yekununda uğurlu nəticə göstərən QHT nümayəndələrinə sertifikatlar təqdim olunacaq.
İndiyədək Agentlik tərəfindən 6 “İnkişaf və Mübadilə Proqramı” həyata keçirilib. Onlar 2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində, 2025-ci ildə isə Şuşa şəhərində baş tutub. Ümumilikdə bu proqramlarda 600-dən çox QHT nümayəndəsi iştirak edib.