Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a verdiyi özəl açıqlamada, Qarabağın bərpası istiqamətində Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəal fəaliyyətə başladığını vurğulayıb. Onun sözlərinə görə, xüsusilə qadın və gənc sahibkarların işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əhəmiyyətli layihələr icra olunur.
Təşkilatın həyata keçirdiyi layihələr çərçivəsində bölgələrdə geniş təlimlər təşkil edilib. Hüseynli qeyd edib ki, məskunlaşan vətəndaşların kiçik və orta sahibkarlıq bacarıqlarının artırılması, dövlət orqanları ilə əməkdaşlığın təmin edilməsi üçün mühüm addımlar atılıb. O, həmçinin bərpa prosesində QHT-lərin rolunun daha da genişləndirilməsi zərurətini vurğulayıb.
Hazırda Füzulinin işğaldan azad olunmasının 4-cü ildönümü qeyd edilir və İlqar Hüseynli bu böyük qələbənin Azərbaycanın milli birlik və həmrəyliyini daha da gücləndirdiyini bildirib.
Pərvanə Fərhadqızı










