Hüquq və İnsan Haqları İnstitutu "Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə" mövzusunda təlim təşkil edir.

QHT.az xəbər verir ki, bu yarımgünlük təlim qadınlara qarşı zorakılıqla mübarizədə daha effektiv yanaşmaların öyrənilməsi və GƏZ-dən zərər çəkmiş şəxslərə keyfiyyətli və davamlı xidmətlərin göstərilməsini təmin etmək məqsədilə keçiriləcək.

Təlim iştirakçıları gender əsaslı zorakılıqla mübarizə üsulları və zərər çəkmiş şəxslərə dəstək xidmətləri haqqında məlumatlar əldə edəcəklər. Təlimin məqsədi, zorakılıqla mübarizədə bilik və bacarıqların artırılmasına töhfə verməkdir.

İştirak etmək istəyənlər Hüquq və İnsan Haqları İnstitutuna (CV-lərinizi İNFO@LHRİ.AZ elektron ünvanına) müraciət edə bilərlər.