“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyində yeni sədr seçilib.
QHT.az xəbər verir ki, təşkilatın İdarə Heyyətinin qərarı ilə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin növbədənkənar Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaqda təşkilatın sədri Rübabə Hüseynlinin hesabatı dinlənilib. Onun rəhbərlik etdiyi dövrdə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi xeyli uğurlara imza atıb. Təşkilat yerli və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarının qurulmasında əhəmiyyətli işləri həyata keçirib. Rübabə Hüseynli bundan sonra başqa işə keçdiyini bildirərək sədr vəzifəsindən istefa etdiyini və növbəti dövr üçün təşkilata rəhbərlik üçün İdarə Heyyətinin üzvü Gülasarə Kazımovanın namizədliyini irəli sürüb. Ümimi Yığıncaq yekdilliklə Gülsarə Kazımovanın namizədliyini dəstəkləyib. Ümumi Yığıncağın qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edilmiş və faktı təstiq edən reystrdən çıxarış alıb.
Gülsarə Kazımova Bakı Dövlət Universitetinin kimya-biologiya ixtisasını bitirib, çoxsaylı ekoloji layihələrdə iştirak etməklə yanaşı 2010-cu ildən “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinnin İdarə Heyyətinin üzvü kimi fəaliyyət göstərib.










