16 oktyabr 2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları Sona Hüseynova və Günel Əliyeva tərəfindən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs bakalavr tələbələri üçün İnstitut haqqında təqdimat keçirilib.

QHT.az xəbər verir ki, təqdimat zamanı tələbələrə İnstitutun fəaliyyət istiqamətləri, təklif etdiyi müxtəlif təlim və tədbirlər, fiziki və virtual kitabxana xidmətləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, rəqəmsal insan hüquqları resurs xəritəsi, elektron lüğət, qanunvericiliyə dair təkliflərin göndərilməsi üçün PASS platforması və nəşrlər barədə də geniş məlumat təqdim olunub. Təqdimat çərçivəsində "İnsan hüquqlarına giriş" mövzusunda onlayn kursun əhəmiyyəti də vurğulanıb.

Tədbirdə 30 tələbə iştirak edib və sual-cavab sessiyası ilə yekunlaşıb.