2025-ci ilin əvvəlində Azərbaycanda səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi planlaşdırılır.

QHT.az xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli məlumat verib. Onun sözlərinə görə, bu ilin avqustunda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya, Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbələrinin, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Milli QHT Forumunun məsul şəxsləri 30-a yaxın səhiyyə profili üzrə QHT-lərin rəhbərləri ilə Bakı Biznes Mərkəzində görüş keçirib. Bu təşəbbüs həmin görüşdə QHT-lərdən gəlib, vətəndaş cəmiyyətinin təklifi nəzərə alınıb.