“Ölkəmizdə həyata keçirilən bütün proqramların əsas aparıcı gücü gənclərdir. Bu, qəbul olunan bütün sərəncamlarda və qərarlarda, tətbiq olunan layihələrdə öz əksini tapır”.
Bu sözləri “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev Gənclər Günü ilə bağlı ən böyük məsuliyyət nədir və necə qəbul edilir, və digər məsələlərlə bağlı QHT.az- a danışdı: “Bildiyimiz kimi, ölkənin iqtisadi inkişafında gənclərimizin də rolu danılmazdır. Əlbəttə, Dövlətimiz tərəfindən gənclərin də bilik və bacarıqlarının artırılması və onların yüksək təcrübəli mütəxissis kimi yetişmələri üçün müvafiq tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu məqsədlə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və respublikada fəaliyyət göstərən digər Agentlik və Fondlar qrant vəsaitləri ayırır, müsabiqələr təşkil edir və gənclərin intellektual inkişafına dəstək göstərirlər. Ölkəmizdə Gənclər gününün qeyd olunması gənclərimiz qarşısında böyük məsuliyyət qoyur. Həmin gün, gənclərimiz bir araya gəlir, onlar üçün müxtəlif səpkidə tədbirlər təşkil olunur və növbəti ildə görüləcək işlərlə bağlı onların arzu və təklifləri Gənclər və İdman Nazirliyinə çatdırılır. Bu gün ölkə gəncləri üçün əlaətdar gün kimi qəbul olunur”.
QHT sədri son illərdə Gənclər Günü tədbirlərində yeniliklər və dəyişikliklərlə bağlı fikirlərini də bölüşüb: “Son illərdə, Dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının artması, təhsil alaraq yeni həyata başlayan gənclər üçün iş yerlərinin yaradılması, bilik və bacarıqlarına uyğun olaraq işlə təmin olunması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Yəni, son illərdə Gənclər Günü ilə bağlı görülən işlər bunu daha aydın göstərir”.
Pərvanə Fərhadqızı












