“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 01 fevral 2024-cü il tarixində Maştağa qəsəbəsi C.Nurməmmədov adına 108 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin növbəti tədbirini keçirib.
Layihə rəhbəri Namiq Nəcəfov “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrasına 01 dekabr 2023-cü ildən başlayaraq Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 tam orta məktəbin kontinqenti sirasından könüllülük prinsipi əsasında, qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulmuşlar.
01 fevral 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi C.Nurməmmədov adına 108 № li tam orta məktəbdə, sinif otağında, layihənin növbəti təqbiri keçirilmişdir. Tədbirdə layihə iştirakçılarınin Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramını əks etdirən esse yazılarına keçirilmiş baxışa və onun nəticələrinin müzakirəsinə həsr olunmuşdu.
Tədbiri, giriş sözü ilə, layihənin rəhbəri Namiq Nəcəfov açdı. O, bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov tədbir iştirakçılarına layihə çərçivəsində şagirdlərin tətil günlərində, evdə, hazırladıqları esse yazıları barədə məlumat verdii. Sonra məzmun baxımından daha əhatəli olan esse yazılarını tədbirə toplaşanların diqqətinə çatdırdı.
Layihə rəhbəri N.Nəcəfov esse yazılarını hazırlamış 11 nəfər şagirdə təşəkkürünü birdirdi və onların hər birinə layihə çərçivəsində hazırlanmış loqolu dəftərxana, loqolu çap məhsulları və loqolu istehlak malları təqdim etdi. Tədbirdə C.Nurməmmədov adına 108 № li tam orta məktəbin direktoru N.Məmmədzadə, pedaqoji işçiləri- sinifdən xarıc və məktəbdənkənar iş üzrə təşkilatçı İ.Quliyeva, UBTR A. Pənahova, fransız dili müəlliməsi N. Məmmədzadə iştirak edirdilər.
Layihə rəhbəri N.Nəcəfov C.Nurməmmədov adına 108 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icra olunması üçün yaradılan şəraitə görə məktəbin direktoru N.Məmmədzadəyə çərçivəli Təşəkkürnamə təqdim etdi.












