İslahat aparan orqanlara münasibətdə nə qədər ədalətliyik?
Ən çox hücüma məruz qalan dövlət orqanları islahat aparanlardı. QHT.az-ın məlumatına görə,Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, tanınmış hüquqşünas Sahib Məmmədov bildirib.
QHT sədrinin sözlərinə görə əlbəttə islahatlarda qüsurlar da var və olmaması mümkün də deyil. Amma biz obyektivlik naminə dövlət orqanını məhz apardığı islahatlardakı qüsurlara görə tənqid etməliyik, səhvlərini deyib təkliflər verməliyik. Amma nə edirik?
"Sadəcə öz xaotik, ünvanı düz seçilməyən, dərin təhlilə söykənməyən tənqidlər edirik və bu zaman obyektiv səbəbləri nəzərə almırıq. Amma xeyli dövlət orqan var ki, oturub heç nə etmir.
Satınalmalarını keçirir, mənasız fəaliyyətlərinin (əslində fəaliyyətsizliyinin) reklamını edir. Əvəzində diqqətdən tam kənarda qalır. Ədalət naminə heç olmasa özünüz üçün bunları müəyyən edin:
-Öz fəaliyyəti barədə ictimaiyyətə ən çox məlumat yayan dövlət orqanı, dövlət təsisatı və ya dövlətə tabe olan təsərrüfat subyekləri hansılardır?
-İctimaiyyətlə yüksək səviyyədə koimmunikasiya quran orqanlar və vəfifəli şəxslər kimlədir?
-Vətəndaş müraciətlərinə normal cavab verən, mümkün halda müraciətdə qoyulan problemi həll edən orqanlar hansılardır?
-Öz veb səhifəsində açıqlanması məcburi olan informasiyaları açıqlayan (yaxud nisbi də olsa açıqlayan) orqanlar hanıslardır?
və s.
Əlbəttə mən pul dilənən reket biznesinə qoşulanlara müraciət etmirəm. Onlar ayrı problemdir."












