Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsini icra edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə (BƏCİB) 2-ci qrup əlil, məcburi köçkün Tahir Quliyev və müharibə veteranı, məcburi köçkün Niyazi Qəhrəmanov müxtəlif problemlərinin həllinə köməklik üçün müraciət ediblər.
N.Qəhrəmanov isə onkoloji xəstə olan, 2-ci qrup əlil övladının probleminin həllinə dəstək göstərməyi BƏCİB-dən xahiş edir.
Layihə rəhbəri Tahir Xudiyev məlumat verir ki, müraciət edənlərin hər ikisinin problemlərinin həlli üçün aidiyyəti dövlət qurumlarına ictimai birlik tərəfindən rəsmi müraciətlər edilib.






