Qeyri-hökumət təşkilatları (QHT) Baş nazir Əli Əsədova müraciət etməyə hazırlaşır.
QHT.az xəbər verir ki, müraciət QHT rəhbərləri tərəfindən imzlanandan sonra məktub Baş nazirə göndəriləcək.
Müraciət məktubunda qeyd edilib ki, kifayət qədər normativ bazanın olmasına baxmayaraq (Konstitusiya, “İctimai iştirakçılıq haqqında” qanun, Nazirlər Kabinetinin müvafiq qərarları və s.) dövlət orqanları, həmçinin Nazirlər Kabineti praktikada hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələr təşkil etmirlər.
“Xüsusən sosial müdafiə tədbirləri, vətəndaş cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar hüquqi aktların hazırlanması və qəbulu prosesində ictimai iştirakın təmin olunmaması haqlı narazılığa səbəb olur və nəticədə qəbul edilmiş sənədlərin səmərəliyi azalır.
Biz bu müraciəti imzalayan QHT rəhbərləri və nümayəndələri hüquqi aktların layihələrinin hazırlanması zamanı ictimai maraqların qorunmasında ictimai məsləhətləşmələrin vacibliyini və zəruriliyini vurğulayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetini qanunvericilikdə nəzərdə tutulmuş qaydada geniş ictimai müzakirə və dinləmələrin keçirilməsinə, ictimai iştirakçılığın təmin edilməsi üçün zəruri tədbirlər görməyə çağırırıq”, -deyə müraciətdə bildirilib.
Müraciətlə tanış olub qoşulmaq üçün aşağıdakı linkdən istifadə etməyiniz xahiş olunur:
Son müraciət tarixi 27 dekabr saat 11:00
https://forms.gle/nrRteV9FBVzkd3Rv8
Və yaxud bu forma ilə müraciəti imzalamaq olar.
Qeyri-hökumət təşkilatı olaraq Azərbaycan Respublikasının Baş naziri, cənab Əli Əsədova müraciətə qoşulmaq üçün aşağıdakı məlumatları doldurmanız xahiş olunur
Müraciət məktubunun tam mətni:
Kifayət qədər normativ bazanın olmasına baxmayaraq (Konstitusiya, İctimai İştirakçılıq haqqında Qanun, Nazirlər Kabinetinin müvafiq qərarları və s.) dövlət orqanları, həmçinin Nazirlər Kabineti praktikada hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələr təşkil etmirlər. Xüsusən sosial müdafiə tədbirləri, vətəndaş cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar hüquqi aktların hazırlanması və qəbulu prosesində ictimai iştirakın təmin olunmaması haqlı narazılığa səbəb olur və nəticədə qəbul edilmiş sənədlərin səmərəliyi azalır.
Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev də dəfələrlə öz çıxışlarında ictimai nəzarət və ictimai iştirakçılığın genişləndirilməsini səmərəli dövlət idarəçiliyinin əsas komponentlərindən biri kimi vurğulamışdır.
Biz bu müraciəti imzalayan QHT rəhbərləri və nümayəndələri hüquqi aktların layihələrinin hazırlanması zamanı ictimai maraqların qorunmasında ictimai məsləhətləşmələrin vacibliyini və zəruriliyini vurğulayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetini qanunvericilikdə nəzərdə tutulmuş qaydada geniş ictimai müzakirə və dinləmələrin keçirilməsinə, ictimai iştirakçılğın təmin edilməsi üçün zəruri tədbirlər görməyə çağırırıq.












