QHT.az xəbər verir ki, qeyri-hökumət təşkilatı 273 şəxsi xilas edib

Aralıq dənizində 273 miqrant xilas edildi

Almaniyanın “Sea-Watch” qeyri-hökumət təşkilatı Aralıq dənizində növbəti xilasetmə əməliyyatını həyata keçirib. QHT-yə məxsus xilasetmə gəmisi İtaliyanın Lampeduza adası yaxınlığında batmaqda olan qayıqlara kömək göstərib. Heç bir standarta uyğun gəlməyən üç qayıqdan 180 nəfər xilas edilərək sahilə çıxarılıb.

 

Eyni gündə sahildən 38 mil aralıda batmaqda olan qayığa yardım edilib. Qayıqdakı 93 sərnişin gəminin göyərtəsinə qaldırılıb.