Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrantlar müsabiqəsində “Təmas” Regional İnkişaf İctimai Birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsi qalib gəlmişdir.
Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagın)” fəaliyyətiindəstəklənməsidir.
Təşkilatın rəhbəri Kubra Ələkbərovanın qeyd etdi ki, Agentlik tərəfindən növbəti dəfə sığınacağın dəstəklənməsi çox əhəmiyyətlidir. Mərkəzin fəaliyyəti bir başa zorakılıqdan əziyyət çəkən və bütün yaş qruplarını əhatə edən qadın və uşaqlara sosiaı xidmətlərin göstərilməsinə istiqamətlənmişdir. Layihə 3 aylıq bir dövrü əhatə edir.
Layihənin icrası dövründə aşağıda qeyd olunan fəaliyyətlərin icrası nəzərdə tutulur:
- Mərkəzə müraciət edən insanların ilkin ehtiyacları ödəniləcək, ehtiyac olarsa təhlükəsiz sığınacaqla təmin olunacaq, onlara psixoloji və hquqi yardımlar göstəriləcək, Sosial Reabilitasiya-Reinteqrasiya prosesinə cəlb olunacaqlar.
- Sığınacaqda 20 nəfərin eyni vaxtda yaşaması üçün uygun şərait mövcuddur. Layihə çərçivəsində 3 ay ərzində Mərkəzdə müvəqqəti yaşayan, zorakılıqdan əziyyət çəkən qadın və uşaqların ilkin ehtiyacları ödəniləcək, ərzaq və isti yeməklə təmin olunacaqlar. Qadınlar və uşaqlar gigiyenik vasitələr, uşaq bezləri və yuyucu vasitələrlə də təmin oluncaqlar.
- İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması zəruridir. Bu məqsədlə Mərkəzə cəlb olunmuş könüllülər tərəfindən 15 uşaq üçün əlavə məşgələlər təşkil olunacaq, uşaqlara ev tapşırıqlarının yerinə yetirilməsinə köməklik göstəriləcəkdir.
- Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin Şəmkir və Göygöl nümayəndəlikləri ilə birgə maarifləndirmə sessiyaları təşkil olunacaq.
Sessiyanın mövzusu:
- İnsan alveri nədir?
- İnsan alveri haqqinda melumat. İnsan alverinin növləri.
- İnsan alverinden qorunmanın qabaqlayıcı tədbirləri.
- İnsan alveri qurbanlarına yardım.
- İnsan alveri qurbanlarının cəmiyyətdə effektiv sosial reabilitasiyası, sosial reinteqrasiya və dəstək mexanizmlərinin gücləndirilməsi











